“Qarabağ” rəqibləri milli çempionatlarda neylədilər

“Qarabağ”ın Avroliqanın “A” qrupunda rəqibləri milli liqalarda növbəti oyunlarını keçiriblər. Allsport.az sayt xəbər verir ki, “Sevilya” səfərdə “Alaves”i 1:0 üstləyib. Əndəluslar 10 xalla İspaniya primerasında öncüldür.

Kipr 1-ci divizionda 2 turun arxada qalmasına baxmayaraq, APOEL ilk oyununa çıxıb və öz meydanında AEL-i 3:0 məğlub edib. Nikosiya klubu yarış cədvəlində 6-cı yeddədir.

Lüksemburqun “Düdelanj” komandası səfərdə “Xosterd”a 0:1 yenilib. “Köhlən atlılar”ın rəqibi milli divizionda 4 xalla 14 klub arasında 12-cidir.

Xatırladaq ki, “Qarabağ” sentyabrın 19-da 1-ci turu çərçivəsində Bakıda “Sevilya”nı qəbul edəcək.

Həmin kateqoriyadan