- Baxış sayı: 44
- 22 İyun 2026 16:16
- Baxış sayı: 56
- İyun 22, 2026
- 0

Azərbaycan premyer liqasında 27-ci tur başlayıb.
Allsport.az xəbər verir ki, “Qarabağ” səfərdə “Sumqayıt”la üz-üzə gəlib. Oyunda Ağdam klubunun 6:0 hesablı qələbəsi qeydə alınıb.
Leandro Andrade 7-ci və 49-cu dəqiqələrdə, Musa Qurbanlı 12 və 45+3-cü dəqiqələrdə, Abdullah Zubir 21-ci dəqiqədə, Reydon Cica isə 86-cı dəqiqədə qol vurublar.
“Qarabağ” turnir cədvəlində 71 xalla 1-ci, “Sumqayıt” isə 21 xalla 7-cidir.