“Qarabağ” yeni bazasında AFFA rəsmiləri ilə bacarmadı

Sentyabrın 10-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda – “Qarabağ” klubunun yeni inşa olunmuş bazasında maraqlı oyun keçirilib. Allsport.az xəbər verir ki, AFFA-nın əməkdaşlarından və Azərbaycan milli komandasında çalışan məşqçilərdən təşkil olunmuş komanda “Qarabağ” klubunun məşqçilər heyəti ilə qarşılaşıb.

Oyundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın baş katibi Elxan Məmmədovu və assosiasiyanın digər əməkdaşlarını yeni baza ilə tanış edib, yaradılan şərait barədə məlumat verib.

Qurbanov oyundan sonra belə görüşlərin mütəmadi keçirilməsinin, digər klubların da analoji oyunları təşkil etməsinin maraqlı tendensiya ola biləcəyini qeyd edib.

Qeyd edək ki, oyun 11:7 hesabı ilə AFFA komandasının xeyrinə başa çatıb.

Həmin kateqoriyadan