“Qarabağ”ın direktoru: Avropa liqasında son ev oyununu Bakıda keçirə bilərik

“Qarabağ” qitə liqasının “İ” qrupunda son ev oyununu Bakıda keçirə bilər. Allsport.az saytı xəbər verir ki, bunu klubun direktoru Əmrah Çəlikəl deyib. O, İsrailin “Makkabi”sini (Təl-Əviv) paytaxtda qəbul etmək niyyətində olduqlarını söyləyib:

“Əslində, “Sivasspor”la oyunu da Bakıda keçirmək istəyirdik. Ancaq UEFA matçın İstanbulda baş tutmasını qərara aldı. “Makkabi”ni paytaxtımızda qəbul etmək istədiyimizi UEFA-ya bildirmişik. Bununla bağlı yekun qərar bu həftə ərzində bilinəcək”.

Xatırladaq ki, “Qarabağ” ölkəmizdə hərbi vəziyyətlə əlaqədar “Vilyarreal” (İspaniya) ilə İstanbulun “Başağşəhər Fateh Tərim” stadionunda qəbul edib (1:3). Noyabrın 26-da həmin məkanda adı çəkilən Türkiyə komandasını qəbul edəcək (apasport.az).

Həmin kateqoriyadan