“Qarabağ”ın rəqibi Avropa Liqasının qrup mərhələsinə 20 futbolçu ilə gedir

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan İtaliyanın “Fiorentina” klubu bu yarış üçün heyətini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, bu komandanın baş məşqçisi Paulo Souza 20 futbolçuya güvənib:

Qapıçılar: Çiprian Tataruşanu, Bartolomey Draqovski;

Müdafiəçilər: David Astori, Sebastyan De Mayo, Yosip İliçiç, Xrvoe Miliç, Maksimilano Oliveyra, Qonsalo Rodriqes, Karlos Salsedo, Nenad Tomoviç;

Yarımmüdafiəçilər: Milan Badel, Sebastyan Kristoforo, Karlos Sançes, Kristian Telyo, Borxa Valero, Matias Vesino, Federiko Bernardeski;

Hücumçular: Nikola Kaliniç, Mauro Sarate, Kuma Babakar.

Qeyd edək ki, “Qarabağ”la “Fiorentina” arasındakı ilk oyun sentyabrın 29-da “Artemio Franki” stadionunda keçiriləcək.

Həmin kateqoriyadan