“Qartallar”ın yeni transferi arzusunu açıqladı

“Zirə”nin braziliyalı hücumçusu Filipe Pahtman ölkəsinin mətbuatına açıqlama verib. Allsport.az xəbər verir ki, 20 yaşlı futbolçu Azərbaycanda çempion olmaq istədiyini bildirib:

“Zirə”yə transferimlə çox motivasiya olmuşam. Komanda yaxşı heyətə malikdir və avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Bir müddətdir Braziliyadan kənardayam. Buna görə də, komandaya tez uyğunlaşacağıma inanıram. Bu baxımdan çox nikbinəm.

Bütün Avropa klublarının arzusu çempionlar liqası və Avropa liqasında oynamaqdır. “Zirə”nin çempion olmasına kömək etmək üçün bura gəlmişəm, amma hazırkı mövqeyimizin də bizim üçün önəmli olduğunu deməliyəm”.

Həmin kateqoriyadan