Qırğızıstan komandası üzərində böyükhesablı qələbə

19 iyun Qazaxıstanın Atırau şəhərində “Airom Cup” beynəlxalq basketbol turnirinə start verilib. 

Allsport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə Polad Həsənovun rəhbərlik etdiyi 14 yaşa qədər oğlanlardan ibarət seçmə komanda təmsil edir. 

Turnirdə milli ilə yanaşı Qazaxıstanın “Ayrom”, Gürcüstanın “Kutaisi”, Qırğızıstanın “Edelveys”, Rusiyanın “Devon” və “Axtuba” klub komandaları da mübarizə aparırlar. Seçmə ilk oyununda Qırğızıstanın “Edelveys” komandası ilə qarşılaşıb və rəqibinə 94-13 hesabı ilə qalib gəlib. 

22 iyuna qədər davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.

Həmin kateqoriyadan