“Qırmızılar”dan 30-cu zəfər

“Keşlə” Azərbaycan kubokunda 30-cu ev qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, bu, 1/4 finalın “Kəpəz”lə ilk oyununa təsadüf edib.

1:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi öz meydanında yubiley uğuruna sevinib.

Paytaxt təmsilçisi ölkə kubokunda 1997/98 mövsümündə debüt edib. Komanda turnirdə əvvəl “Xəzər Universiteti”, sonra “İnter” adı altında mübarizə aparıb. Paytaxt təmsilçisinin ilk ev qələbəsi isə yalnız 2001/02 mövsümünə təsadüf edib.

Həmin kateqoriyadan