Qomes məğlubiyyəti şərh etdi

“Sabah”ın baş məşqçisi Visente Qomes premyer liqanın 16-cı turunda “Səbail”ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis 0:2 hesablı məğlubiyyəti şərh edib:

“Birinci hissədə hücumda kifayət qədər çoxala bilmədik və bu üzdən qol imkanlarımız da olmadı. Rəqib isə əksinə, bizim səhvimizdən sonra qol vurmağı bacardı. İkinci hissədə oyunun gedişatını dəyişməyə çalışsaq da, alınmadı. Rəqib də növbəti səhvimizi qola çevirdi. İstəmədiyimiz halda, məğlub olduq”.

Həmin kateqoriyadan