Qreliş reklam üçün rekord məbləğdə pul alır

Uzun müddət “Nike” ilə əməkdaşlıq edən Cek Qreliş “Puma” ilə müqavilə imzalayıb.

Allsport.az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu premyer liqanın son oyunlarından birinə tünd çəkmələrdə çıxmaqla “Nike” ilə yollarını ayırdığına eyham vurub.

Alman brendi “Puma” isə Qrelişə ildə rekord məbləğ – 10 milyon funt-sterlinq ödəyəcək ki, bu da heç bir britaniyalı futbolçunun idman brendləri ilə sponsorluq müqavilələrindən əldə etmədiyi məbləğdir. Bundan əvvəl britaniyalılar arasında liderlər Qaret Beyl və Harri Keyn idi. Onların hər ikisinə reklam çəkimləri üçün sponsorluq müqavilələri çərçivəsində 3 milyon funt-sterlinq ödənilib.

Həmin kateqoriyadan