Qurban Qurbanov: “Buraxdığımız qol bizi məsuliyyətli edəcək”

Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qəbələ”ni evdə 3:1 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, öncə qələbəni şərh edib:

“Həm rahat, həm çətin oyun idi. “Qəbələ”yə həmişə ciddi yanaşmışıq. Bütün oyunlarda çox aqressiv, aktiv, hücum futbolu oynayırlar. Belədə ilk hissədə çətinlik oldu. Ümumən, komanda qalib gəlmək üçün hər şeyi etdi. İstər-istəməz səhvlər olur, bu, qaçılmazdır. Düşünürəm ki, komanda oyundan oyuna daha fəal olacaq, səliqəli oynayacaq. Buraxdığımız bir qol inanıram ki, faydamıza olacaq, komanda daha məsuliyyətli yanaşacaq”.

Həmin kateqoriyadan