Qurban Qurbanov: Heç nədən qol epizodları verdik

“Qarabağ” çempionlar liqasının 3-cü ələməsinin cavab oyununda evdə Kiprin APOEL klubuna 0:2 yenilərək, bu yarışda mübarizəni dayandırdı. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra komandamızın baş məşqçisi Qurban Qurbanov bunu dedi:

“Futbolda bəzən düşünmədiyin nəticələr olur. Qapımızda elə qol epizodu yox idi. Bizim bir neçə real imkanımız oldu, istifadə edə bilmədik. Pressinq edən komandaya qarşı səhvlərimiz çox oldu. Amma heç də pis oynamadıq. Heç nədən qol epizodları verdik. Açığı, mən razı qaldım. 0:2-dən sonra dəyişikliklər edirsən, istər-istəməz sistem pozulur.

APOEL illərdir avrokuboklarda çıxış edir. Onların Avropa təcrübəsi çoxdur. “Real” kimi nəhəng kluba səfərdə 2 qol vuran komandadır. Narahatlığım o idi ki, həddən artıq istəkli olacaqlarını bilirdik. Ancaq yenə də xeyli sayda qol imkanları yaratdıq. Futbol təəccüblərlə doludur. Məğlub olmuşuqsa, vəziyyətlə barışmalıyıq”.

Həmin kateqoriyadan