Qurban Qurbanov: Şadam ki, Gəncədə yenə futbol var

Bu gün Premyer liqada 5-ci turun daha bir görüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, Gəncədə yerli komanda ilə görüşən “Qarabağ” 3:2 hesabı ilə qalib gəlib. Matçdan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“İlk növbədə “Kəpəz”ə uğurlar arzu edirəm. Həqiqətən də tərifəlayiq futbol oynadılar. Düşünürəm ki, gələcək daha yaxşı nəticələr əldə edəcəklər. Şahin müəllimə uğurlar diləyirəm. Mənim Gəncə şəhərinə başqa cür sevgim var. Bu qədim şəhər həmişə maraqlı hadisələrlə yadda qalıb. Şadam ki, Gəncədə yenə futbol var.

Azarkeşlər həm məni, həm də komandamı çox yaxşı qarşıladılar. Hesab edirəm ki,  “Kəpəz” Avropa Liqasında oynamağa qadir komandadır. Öz komandama gəldikdə, hər bir oyunçuya təşəkkür edirəm. Ağır səfərdən sonra qayıdıb, qələbə qazandıq. Bir araya gəlib, oyuna ciddi yanaşdıq və nəticə qazandıq”.

Həmin kateqoriyadan