Qurban Qurbanov: “Yay transfer pəncərəsində yeniliklər olacaq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçuları Ramil Şeydayev Musa Qurbanlı barədə danışıb.

Allsport.az xəbər verir ki, o, Azərbaycan premyer liqasının 25-ci turunda “Qəbələ” ilə oyundan (3:1) sonra açıqlamasında onlar haqda fikirlər bölüşüb.

Ramil “Qəbələ” ilə oyunda 2, Musa isə 1 qol vurub. Onlar ümumilikdə cari mövsüm hərəyə 17 qol vurublar. Qurbanov bu göstəricinin sevindirici hal olduğunu deyib: “Sevindirici haldır ki, Musa və Ramil bu mövsüm hərəyə 17 qol vurublar. Amma bu, o demək deyil ki, biz digər futbolçulara baxmırıq, hücum  xəttinə futbolçu axtarmırıq. Əksinə. Rəqabət mütləq lazımdır. Oyunçu sayının çoxluğu rəqabətin daha da artması üçün yaxşıdır. Yəqin ki, yay transfer pəncərəsində yeniliklər olacaq”

Həmin kateqoriyadan