Qurban Qurbanovla 300-cü qələbə

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 300-cü qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, yubiley Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

Öz meydanında “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi 49 yaşlı mütəxəssislə yubiley uğuruna imza atıb.

2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 543 matça çıxarıb. Qələbələrdən 223-ü premyer liqaya, 34-ü ölkə kuboku, 43-ü avrokuboklara təsadüf edib.

Həmin kateqoriyadan