Qurban Qurbanovun 50-ci derbisi

Premyer liqanın 15-ci turunda “Neftçi” ilə keçirilən oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, bu görüş 48 yaşlı çalışdırcı üçün baş məşqçi kimi 50-ci derbi olub.

Onun ilk 2 Azərbaycan derbisi “Neftçi”ni çalışdırdığı vaxt gerçəkləşib. Digər 48 qarşılaşmada isə Qurbanov “Qarabağ”ı meydana çıxarıb.

“Neftçi”də:
2 oyun
1 qələbə
1 heç-heçə

“Qarabağ”da:
48 oyun
22 qələbə
15 heç-heçə
11 məğlubiyyət.

Həmin kateqoriyadan