- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Sofascore” 2025-ci ilin yekunlarına əsasən, Fransa liqa 1-in rəmzi yığmasını açıqlayıb.
Allsport.az xəbər verir ki, siyahıda il ərzində öz mövqelərində ən yüksək xal toplayan 11 futbolçu yer alıb.
4-3-3 taktiki sxemi ilə tərtib olunmuş rəmzi komandada PSJ-nin gürcü ulduzu Xviça Kvaratsxeliya da yer alıb.
“Sofascore”-un versiyasına görə 2025-ci ilin rəmzi komandası:
Qapıçı: Corce Petroviç (“Strasburq”)
Müdafiəçilər: Adrien Trüffer (“Renn”), Lukas Beraldo (PSJ), Aleşandro (“Lill”), Aron Dönnum (“Tuluza”)
Yarımmüdafiəçilər: Andrey Santos (“Strasburq”), Vitinya (PSJ), Adrien Rabyo (“Marsel”)
Hücumçular: Xviça Kvaratsxeliya (PSJ), Amin Quiri (“Marsel”), Meyson Qrinvud (“Marsel”)