Rəşad Sadıqov: “Hansısa hakim səhvindən danışmaq haqsızlıq olar”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer liqanın 15-ci turunda “Sabah”a qarşı keçirdikləri oyundan sonra açıqlama verib. Allsport.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni şərh edib:

“Sabah” 14-cü xalını qazandı, amma hamı mənimlə razılaşar ki, rəqib daha çoxuna layiqdir. Çempinatın sonunda mövsümü üst pillələrdə başa vura bilərlər. Visente Qomes yaxşı komanda formalaşdırıb. Rəqib bu gün taktiki cəhətdən ağıllı oynadı. Erkən qol vurduqdan sonra daha da ehtiyatlı oynamağa başladılar. Biz ilk hissədə müdafiəni yarmaqda çətinlik çəkirdik. Onların əks-hücumları çox təhlükəli idi. Hər iki komanda meydanda elə əzmkarlıq, fədakarlıq göstərdi ki, hansısa hakim səhvindən danışmaq haqsızlıq olar”.

Həmin kateqoriyadan