Rəşad Sadıqov: “Məsləhət olsa, konfrans liqasına düşərik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Kəpəz”lə heç-heçə etdikləri oyundan danışıb.

Allsport.az xəbər verir ki, Sadıqov bunlrı bildirib:

“Komandamın oyunundan çox razı qaldım. Göstərdikləri mübarizə məni çox razı saldı. Bundan artığını etməyə şərait yox idi. Biz topla oynamağı sevirik. Meydançanın şəraiti problemli idi. Heyətimizdə topla oynamağı sevən, texnikalı futbolçular var. İlk hissə pis getmirdi. Kobud səhvdən qol buraxdıq. İrəli atılmağa məcbur olduq. İkinci hissənin əvvəllərində biz daha yaxşı idik. Paltardəyişmə otağında da futbolçulara demişdim ki, 2-ci qolu buraxmayana qədər matçı xeyirimizə çevirmək şansımız var. Amma düşünürəm ki, ədalətli nəticə elə bərabərlik idi. Bütün fikrimizi 4-cü yeri tutmağa kökləmişik. Öz işimizi görürük və görəcəyik. Qismət nədirsə, o olacaq. Qalanı Allahın işidir. Məsləhət olsa, konfrans liqasına düşərik. Amma hər şeyi bunun ətrafında qurmuruq. Müəyyən oyunlarda çoxlu xal itkisi də oldu”.

Həmin kateqoriyadan