“Rəvan” hazırlığa start verir

1-ci divizionda mübarizə aparan “Rəvan” 2-ci dövrənin hazırlığına başlayır. Allsport.az xəbər verir ki, dünən paytaxtda bir araya gələn komanda tibbi baxışdan keçib. Sabah isə məşqlərə start veriləcək.

Təlim-məşq toplanışının yanvarın 14-dək davam edəcək ilk mərhələsi seleksiya xarakterli olacaq. Daha sonra hazırlıq prosesinin əsas mərhələsinə başlanılacaq.

Qeyd edək ki, 1-ci divizionda 2-ci dövrəyə fevralın 20-də start veriləcək. 16-cı turun ilk oyun günündə “Rəvan” “Şuşa”nı qəbul edəcək.

Həmin kateqoriyadan