“Rəvan” ilk məğlubiyyətini aldı

Hazırlığını Salyanda davam etdirən “Rəvan” növbəti yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, bu gün Ağsuya səfər edən “aslanlar” şəhərin eyni adlı təmsilçisi ilə üz-üzə gəliblər.

Görüş meydan sahiblərinin 2:1 hesabı ilə qələbəsi ilə yekunlaşıb ki, bu da “Rəvan”ının qış fasiləsində ilk məğlubiyyətidir. Matçın gedişində 0:2 hesabı ilə yenik duruma düşən “sarı-qırmızılılar”ın yeganə qoluna Elgün Abbaslı imza atıb. Bununla da ağsulular yanvarın 24-də “Bayıl Arena”dakı məğlubiyyətin əvəzini çıxıblar.

Qeyd edək ki, “Rəvan” hazırlıq dönəmində daha öncə 3 yoxlama oyunu keçirib. “Qaradağ Lökbatan”la bərabərə qalan (2:2) “aslanlar”, “Ağsu” (6:4) və “Şahdağ”ı (4:1) məğlub edib.

Həmin kateqoriyadan