“Rəvan” “Qaradağ Lökbatan”a qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.

Qeydə alınan nəticələrlə sizi tanış edirik:

1-ci divizion
14-cü tur
8 dekabr

“Bakılı” – “Neftçala” 0:2
Qollar: Murad Ağakişiyev, 83. Aqşin Həşimov, 87.

“Şəmkir” – “Göyəzən” – 3:0
Qollar: Vüqar İbrahimov, 62. Qeyrət Qəmbərov, 83. Ramil Sadıqov, 90+2.

“Kəpəz” – “Turan Tovuz” 1:0
Qol: Ziyabil Məmmədov, 50.

“Mil-Muğan” – MOİK 1:0
Qol: Samir Babayev, 30.

“Qaradağ Lökbatan” – “Rəvan” 1:3
Qollar: İlham Allahverdiyev, 56 – Əli Bağırov, 45-pen. Pərvin Paşayev, 89-pen. Vüsal Qarayev, 90+3.

“Şahdağ” – “Energetik” 4:0
Qolllar: Zeynal Hacıyev, 2, 54, 87; Ruslan Həmidov, 70 (ö.q)

“Ağsu” – “Lokomotiv” 2:0
Qollar: Fərmayıl Əliyev, 3. Qalib Əmrahov, 39.

Qeyd edə ki, “Ağsu” – “Lokomotiv” görüşü başa çatmayıb. Buna səbəb “Lokomotiv”in ikinci hissəyə çıxmamasıdır.

“Zirə” və “Şuşa” komandaları arasında keçirələcək turun son oyunu saat 19:00-da başlayacaq.

Həmin kateqoriyadan