Ramin Musayevdən əmr

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 1-ci diviziondakı çıxışını dayandıran “Lokomotiv”lə bağlı əmr imzalayıb. Allsport.az xəbər verir ki, əmrdə bildirilir:

“Lokomotiv” klubu fevralın 18-də məktubla Peşəkar Futbol Liqasına müraciət edərək, fəaliyyətini dayandırmasını və növbəti turdan etibarən 1-ci divizionda çıxışını davam etdirməyəcəyini bildirib.

Bu səbəbdən də İntizam Komitəsinin 19 fevral 2015-ci il tarixli qərarını və klubun PFL-ə ünvanladığı məktubu nəzərə alaraq əmr edirəm ki, “Lokomotiv” klubu 2014/2015 mövsümündə 1-ci diviziondan kənarlaşdırılsın”.

Həmin kateqoriyadan