- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Real Madrid” 2026-cı ilin yayı üçün transfer prioritetlərini müəyyən edib.
Allsport.az xəbər verir ki, klub rəhbərliyi zədə böhranı fonunda müdafiəni və yarımmüdafiəni gücləndirməyi planlaşdırır.
Müqaviləsi 2026-da bitən David Alabanın gedişi dəqiqləşib, Antonio Rudigerin gələcəyi isə hələ də sual altındadır. Müdafiəyə əsas namizəd kimi “Komo”da icarədə olan və 8 milyon avroluq geri alma bəndi olan Xakobo Ramon göstərilir.
Orta xətt üçün isə Toni Krosun boşluğunu doldura biləcək “beyin” axtarılır. Əsas hədəf “AZ Alkmar”ın 19 yaşlı ulduzu Kees Smitdir. PSJ-dən Vitinya ilə maraqlansalar da, bu transferin reallaşması çətin görünür.