“Red Bul Neymar Jr’s Five” futbol turnirinin Azərbaycan üzrə tarixləri dəyişdi

Braziliya millisinin və “Pari Sen Jermen” klubunun ulduz futbolçusu Neymar tərəfindən təqdim edilən “Red Bul Neymar Jr’s Five” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, iştirakçı komandalar tərəfindən çox saylı müraciətlərə görə maraqla gözlənilən yarışın tarixləri dəyişdirilib.

Beləliklə seçim mərhələləri 12 sentyabrda Gəncə şəhərində, 28-29 avqust və 4-5 sentyabr tarixlərində Bakıda keçiriləcək. Azərbaycan üzrə qalibin məlum olacaq milli final mərhələsi Bakıda 19 sentyabrda baş tutacaq.

“Red Bul Neymar Jr’s Five” futbol turnirində iştirak etmək istəyənlər onlayn qeydiyyat mərhələsindən keçməlidir. İştirakçı yerlər məhdud olduğundan qeydiyyata tələsməyi xahiş olunur. Gəncə seçimləri üçün qeydiyyat sentyabrın 10-da yekunlaşacaq.

Həmin kateqoriyadan