Robert Prosineçki Sofiyada jurnalistlərlə “Vasil Levski” stadionunda görüşəcək

AÇ-2016-nın seçmə mərhələsində keçiriləcək Bolqarıstan – Azərbaycan oyunundan öncə baş məşqçilərin mətbuat konfransları təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, millimizin çalışdırıcısı Robert Prosineçki oktyabrın 12-də Sofiyada jurnalistlərlə görüş keçirəcək.

Bu tədbir “Vasil Levski” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:15-də start götürəcək. Bundan yarım saat sonra isə “ay-ulduzlular”mızın ilk 15 dəqiqəsi mətbuata açıq olacaq son məşqi başlayacaq.

Qeyd edək ki, Bolqarıstan – Azərbaycan matçı oktyabrın 13-də “Vasil Levski” stadionunda keçiriləcək və saat 23:45-də start götürəcək.

Həmin kateqoriyadan