- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 117
- Sentyabr 23, 2026
- 0

“Roma” “Marsel”in 18 yaşlı hücumçusu Robinyo Vazın transferi üçün bütün şərtlərdə razılığa gəlib.
Allsport.az xəbər verir ki, paytaxt klubu bu keçid üçün fransızlara 20 milyon avro (əlavə 5 milyon avro bonusla) ödəyəcək.
Gənc istedad yaxın 24 saat ərzində tibbi müayinədən keçmək üçün Romaya gələcək.
Cari mövsümdə Fransa liqa 1-də 14 oyunda 4 qol vuran Vazın “Roma” ilə 4,5 illik müqavilə imzalayacağı gözlənilir.