Ronaldu oyundan sonra gərgin anlar yaşayıb 

Əl-Nəsr”in məğlubiyyətindən sonra azarkeşlər oyunçunu qıcıqlandırıcı hərəkətlər ediblər.

Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunda “Əl-İttihad” və “Əl-Nəsr” arasında oyun, meydan sahiblərinin 1:0 qələbəsi ilə nəticələnib.

Ronaldu məğlubiyyətdən sonra emosiyalarını cilovlaya bilmiyib. Ulduz hücumçu meydanı tərk edərkən, ev sahiblərinin azarkeşləri Lionel Messinin adını səsləndiriblərFanatların belə təxribatına Ronaldu qazonda qalan şüşəni təpiklə vuraraq reaksiya verib.

Həmin kateqoriyadan