Ronaldu 62 het-trikə malikdir

Kriştianu Ronaldu het-triklərin sayına görə fəal oyunçular siyahısına başçılıq edir. Allsport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 18-ci turunun oyununda “Əl-Nəsr”in forvardı “Damak”ın qapısından 3 top keçirib.

Ümumilikdə, ulduz futbolçunun 62 het-triki var: 51-i klub səviyyəsində, 10-u Portuqaliya millisinin heyətində. Otuzuncu doğum gününə qədər o, 30 dəfə, sonra 32 dəfə hər matçda 3 və ya daha çox qol vurub.

Hazırkı oyunçular arasında het-triklərin sayına görə Ronaldu başçılıq edir. Lionel Messi bunlardan 56-ya sahibdir.

Həmin kateqoriyadan