Ronaldu hakimə qəzəbləndi

Ronaldu “Abha” ilə oyunun 1-ci yarısı başa çatdıqdan sonra sarı vərəqə alıb.

Allsport.az xəbər verir ki, “Əl Nəsr”in forvardı Səudiyyə Ərəbistanı kubokunun 1/4 finalında “Abha” ilə qarşılaşıb. Matçın 1-ci yarısında əsas vaxtın 3-cü dəqiqəsində əks hücuma keçmək üzrə idi . Portuqaliyalı topla sürət qazanmağa başlayanda hakim oyunun ilk yarısını bitirmək üçün fit çaldıb.

Ronaldu bundan qəzəbləndi, o, narazılıqla əlini yellədi, topu yuxarı atdı və bütün gücü ilə vurdu, bundan sonra əsəbiləşməyə davam etdi. Buna görə ona sarı vərəqə göstərilib.

Həmin kateqoriyadan