- Baxış sayı: 28
- 06 May 2026 14:38
- Baxış sayı: 105
- May 05, 2026
- 0

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu 2025-ci təqvim ilində 41 qol vuraraq ardıcıl üçüncü il 40 qol həddini keçməyi bacarıb.
Allsport.az xəbər verir ki, dekabrın 30-da “Əl-İttifaq”la matçda (2:2) fərqlənən 40 yaşlı forvard karyerasındakı 957-ci qolunu vurub.
Səudiyyə pro liqasının cari mövsümündə 11 oyunda 13 qola imza atan portuqaliyalı ulduz, 1000 qol hədəfinə çatmaq üçün daha 43 dəfə rəqib qapılarına yol tapmalıdır.
Ronaldu fevralın 5-də 41 yaşını qeyd edəcək.