Rövnəq Abdullayev FİFA-nın prezidenti ilə görüşüb

FİFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda tərəflər qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, ali qurumun dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.

Rövnəq Abdullayev futbolun inkişafı ilə bağlı görülən işlər barədə FİFA prezidentinə məlumat verib. Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də, davam etdiriləcəyinə əminliyini ifadə edib.

FİFA-nın Avropa milli assosiasiyaları üzrə direktoru Elxan Məmmədov görüşdə iştirak edib.

Həmin kateqoriyadan