- Baxış sayı: 42
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 145
- Sentyabr 23, 2026
- 0

Azərbaycanlı futbolçu Rüfət Abdullazadənin klubu “Varajdin” Xorvatiya çempionatında növbəti oyununu keçirib. Allsport.az xəbər verir ki, “mavilər” 6-cı turda “Hayduk”u qəbul edib.
Həmyerlimiz bu görüşün iştirakçısı olub. Matça startda başlayan milli futbolçumuz fasilədə əvəzlənib.
Görüş meydan sahiblərinin 2:0 qələbəsi ilə bitib. Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran “Varajdin” 3-cü pilləyə yüksəlib.