Ruslan Tağızadə Türkiyə klubunda

“Qəbələ”nin sabiq futbolçusu Ruslan Tağızadənin bir neçə gün öncə “Zirə” ilə müqavilə imzaladığını xəbər vermişdik. Allsport.az xəbər verir ki, onun Premyer Liqanın debütantı ilə əməkdaşlığı qısa sürüb.

Belə ki, bu klubun düşərgəsində cəmi bir neçə gün məşq etdikdən sonra o, “Zirə”dən ayrılmaq qərarına gəlib. Buna səbəb isə onun Türkiyə klubundan təklif alması olub. PTT 1-ci liqa klubu “Boluspor” Tağızadəni öz sıralarında görmək istəyib. Bu üzdən də Ruslan qardaş ölkəyə yollanıb. Onun bu gün Boluya getməsi və yeni klubu ilə müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Tağızadənin “Boluspor”la iki və ya üç illik müqavilə bağlaması gözlənilir.

Həmin kateqoriyadan