“Şəmkir” Ukrayna millisinin üzvünü transfer edib

Premyer liqaya çıxmağı hədəfləyən “Şəmkir” klubu növbəti transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, 3-qat ölkə çenpionu bu dəfə ukraynalı futbolçu Artem Yesaulovla müqavilə imzalayıb.

19 yaşlı yarımmüdafiəçi “Metallurq” Donetsk klubunun 19 yaşlılarında oynayıb. “Stal”ın əvəzedici komandasından trasfer edilən Artem Yesaulov Ukraynanın U16, U17 millilərinin də şərəfini qoruyub.

Xatırladaq ki, komandamız daha öncə “Turan” Tovuzdan Vusal Qarayev, “Şərurspor”dan Fərmayıl Əliyev, “Qaradağ” Lökbatandan Cəmil Rəhimlini, “Zirə”dən isə İsa Cəbiyevlə Cəmil Hacıyevi də heyətinə qatmışdı.

Həmin kateqoriyadan