Sənan Qurbanov: “Mərhələni keçmək bizə çox lazım idi”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbbaycan kubokunun 1/4 final mərhələsində səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Kəpəz” hər iki oyunda bizə çətin anlar yaşatdı. “Sabah” üzərində qələbə onlara motivasiya vermişdi. Rəqib oynamağa imkan vermirdi. Qarşımızda istəkli və aqressiv komanda var idi. Qələbə qazanıb mərhələni keçmək bizə çox lazım idi. Komanda olaraq pozitivliyə ehtiyacımız var. Futbolçularımı təbrik edirəm. Tarixdə qazanılan titullar qalır. Bunun üçün mübarizə aparacağıq. Amma çempionatda durumumuz elə də yaxşı deyil. Qarşımıza qoyulan məqsəd komandanı hazırkı durumdan çıxarmaqdır. Hər oyuna qələbə üçün çıxmaq lazımdır. Nikbinliyi qoruyub-saxlaya bilsək, klub daha da inkişaf edə bilər”.

Həmin kateqoriyadan