Sənan Qurbanovdan qələbə şərhi

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz”ə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında öz fikirlərini bildirib. Allsport.az xəbər verir ki, o, qələbəni şərh edib:

“Rəqib çox sıx futbol oynadı. Əlimizdən gələni etdik ki, müdafiə xəttini yaraq. Bu gün qələbə qazandıq, lakin “Kəpəz” ciddi rəqibdir və cavab görüşünə maksimum dərəcədə yaxşı hazırlaşacağıq”.

Həmin kateqoriyadan