- Baxış sayı: 49
- 26 İyun 2026 23:23
- Baxış sayı: 104
- İyun 26, 2026
- 0

Premyer liqanın 15-ci turunun “Zirə” ilə səfər oyunu “Sabah”ın yeni transferi Dmitro Klots üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, Zirə idman kompleksinin stadionunda keçirilən matçın 68-ci dəqiqəsində Mario Marinanın yerinə meydana daxil olan ukraynalı yarımmüdafiəçi “Sabah”da debüt edib.
2:2 hesablı bərabərliklə nəticələnən qarşılaşma Amadu Diallo və Coşqun Diniyev üçün də əlamətdar olub. Coşqun “Sabah”ın heyətində Premyer Liqada 40-cı, qvineyalı isə 30-cu oyununu keçirib.