“”Sabah”ın heyətində demək olar oynamırdım”

Allsport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın yeni transferi İldar Ələkbərov açıqlama verib:

“İlk növbədə məni inanaraq komandaya dəvət etdiyinə görə məşqçilər heyətinə təşəkkür edirəm. Bu mövsüm “Sabah”ın heyətində demək olar oynamırdım, nadir hallarda meydana çıxırdım.

Müqavilə ilə məxsus olduğum klub təcrübə qazanmağım üçün özümü icarə əsasında oynaya biləcəyim bir komandada sınamaq şansı yaratdı. Artıq bir neçə gündür “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Təbii ki, yeni komanda və heyət üzvlərinin arasına düşmüşəm və uyğunlaşmaq üçün az da olsa zaman lazımdır”.

Həmin kateqoriyadan