- Baxış sayı: 41
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 143
- Sentyabr 23, 2026
- 0

Ukraynalı müdafiəçi Dmitri Çıqrinski futbolçu karyerasını bitirmək qərarına gəlib.
Allsport.az xəbər verir ki, bu barədə onun agenti Oleksandr Pankov məlumat yayıb.
38 yaşlı Çiqrinski “Şaxtyor”dan ayrıldıqdan sonra 2024-cü ilin yayından klubsuz idi.
Çıqrinski 2009-2010-cu illərdə “Barselona”nın heyətində çıxışı ilə tanınıb. O, karyerasının böyük hissəsini “Şaxtyor” və AEK-də keçirib. Dmitrinin Ukrayna millisində 29 matçı var.