Samir Əhmədov: “Antalya toplanışından sonra daha güclü “Səbail” görəcəksiniz”

“Səbail”-in yeni transferlərindən olan Samir Əhmədov Antalya toplanışının gedişatı və transferi ilə bağlı açıqlama verib. Allsport.az saytı xəbər verir ki, sizi futbolçunun fiki ilə tanıpş edir:

“Səbail”ə transfer olduğum üçün xoşbəxtəm. Çalışacam ki, öz oyunumla mənə güvənənlərin etimadını doğruldum. Komandamız hazırda Antalyada məşqlərini davam etdirir. Əminəm ki, Antalya toplanışından sonra daha güclü “Səbail” görəcəksiniz.

Bizi hələ qarşıda yoldaşlıq görüşləri gözləyir. Komandamızın və özümün məqsədi II dövrədə qələbələr qazanıb çempion olmaq və gələn mövsüm premyer liqada mübarizə aparmaqdır. İnanıram ki, “Səbail”də yeni inkişaf mərhələsinə qədəm qoya biləcəm”.

Həmin kateqoriyadan