“Bəzi məqamları dəyişməliyik”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” – “Neftçi” (0:0) cavab oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abbasov fikirlərini bildirib. Allsport.az xəbər verir ki, iki oyunun nəticəsinə görə 0:1 uduzaraq turnirdə mübarizəni dayandıran “ağ-qaralar”ın çalışdırıcısı matçı belə dəyərləndirib:

“Üzüldüyüm sadəcə mərhələ keçə bilməməyimizdi. İki oyunda ümumilikdə qapımıza cəmi bir top gəldi. Onda da Səlahətin əlindən çıxdı top və qol buraxdıq. Futbol bəxti bu olsa gərək. Oyunda üstünlük bizdə idi. Üzümdən də görürsüz, zərrə qədər də heyfsilənmək yoxdur. Bu gün meydanda super “Neftçi” var idi. Uğurlarımız gələcək. Bəzi məqamlar varki, onları dəyişməliyik, bunun üçün də yayı gözləməliyik. Bu gün Monroz tam hazır deyildi, amma ondan da razı qaldım. Məncə, pis deyil, hər şey yaxşıdı”.

Həmin kateqoriyadan