- Baxış sayı: 51
- 26 İyun 2026 23:23
- Baxış sayı: 113
- İyun 26, 2026
- 0

“Sumqayıt”dan ayrılan Kərəm Sultanov karyerasını ölkəsi Qazaxıstanda davam etdirə bilər. Allsport.az xəbər verir ki, 24 yaşlı müdafiəçini “Şaxtyor” klubu baxışa dəvət edib.
O, komandanın Türkiyədəki təlim-məşq toplanışına qatılıb. 24 yaşlı müdafiəçinin performansı məşqçiləri qane etsə, müqavilə imzalanacaq.
Sultanov 2020-ci ilin avqustunda “Sumqayıt”a keçmişdi. Onun mövsümün sonunda başa çatmalı olan müqaviləsi yanvarda ləğv edilib.