- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 110
- Sentyabr 23, 2026
- 0

İngiltərə liqa kubokunun yarımfinalında “Mançester Siti” səfərdə “Nyukasl”ı 2:0 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, “şəhərlilər”in yeni transferi Antuan Semenyo 53-cü dəqiqədə hesabı açaraq qələbədə pay sahibi olub. Bununla da qanalı vinger 2009-cu ildəki Emmanuel Adebayordan sonra “Siti”də çıxdığı ilk iki rəsmi matçın hər birində qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Semenyo bir neçə gün əvvəl “Ekseter”lə kubok oyununda (10:1) həm qol, həm də məhsuldar ötürmə ilə debüt etmişdi. “Nyukasl”la oyunda Rayan Şerki də fərqlənərək hesabı 2:0-a çatdırıb.