- Baxış sayı: 49
- 23 Sentyabr 2026 21:56
- Baxış sayı: 61
- Sentyabr 24, 2026
- 0

Serbiyada təlim–məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Allsport.az saytı xəbər verir ki, yerli “Voyvodina” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız, 3:0 hesabı ilə qələbə qazanıb.
Xaqani Sadıqovun dubl etdiyi oyunda, digər qolun müəllifi 11-metrlik cərimə zərbəsindən dəqiq yararlanan Kamran Quliyev olub.