Sivasda qalmaqallı gecə yaşanıb

UEFA konfrans liqasındakı “Sivasspor” son 16-cı turun cavab oyununda İtaliyanın “Fiorentina” komandası ilə üz-üzə gəlib.

Allsport.az xəbər verir ki, Türkiyə təmsilçisi ilk oyunda 1:0 hesablı rəqibi qarşısında önə keçsə də, üstünlüyünü qoruya bilməyib və 1:4 hesablı məğlubiyyətlə mübarizədən ayrılaraq Avropa kitabını bağlayıb.

90 dəqiqə bitdikdən sonra “Sivasspor” tərəfdarlarından biri meydançaya tullanaraq “Fiorentina”nın yarımmüdafiyəçisi Aleksandro Biankonu yumruqla vurub. Bu anlardan sonra anidən üzü qan içində olan 20 yaşlı yarımmüdafiəçinin müalicə olunub. Sosial media hesabından paylaşım edərkən üzünün qan içində olduğu görünüb.

Həmin kateqoriyadan