- Baxış sayı: 145
- 08 May 2026 23:17
- Baxış sayı: 212
- May 08, 2026
- 0

PSJ-nin yarımmüdafiəçisi Karlos Soler karyerasını la liqada davam etdirəcək. Allsport.az xəbər verir ki, Paris klubu 28 yaşlı yarımmüdafiəçini sonradan almaq opsiyonu ilə icarəyə götürəcək “Real Sosyedad”ın təklifini qəbul edib. 2025/26 mövsümündə Solerin maaşının böyük hissəsini ispanlar ödəyəcək.
Soler PSJ-nin onu 2022-ci ilin sentyabrında 18 milyon avroya aldığı “Valensiya”nın yetirməsidir. Karlos Paris klubunda 63 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.