Son məşq və mətbuat konfranslarının vaxtı açıqlandı

Çempionlar liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Şerif” (Moldova) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb. Allsport.az xəbər verir ki, avqustun 25-də saat 14:00-da Tofiq Bəhramov adına respublika stadionunda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Saat 18:30-da isə komanda “Azərsun Arena”da oyun öncəsi son məşqə çıxacaq.

Saat 19:00-da Tofiq Bəhramov adına respublika stadionunda “Şerif”in baş məşqçisi Zoran Zekiçin mətbuat konfransı keçiriləcək. Saat 19:30-da Tiraspol təmsilçisi son məşqə çıxacaq.

Avqustun 26-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan