- Baxış sayı: 45
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Serbiya Super Liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “OFK Belqrad” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Voyvodina” ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxmış Branimir matçın 74-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, “OFK Belqrad” hazırda 9 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.