Tərlan Əhmədov: “Bizə gələndə, hakimlərin səhvləri çox olur”

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov ” Zirə” ilə oyun (1:1 ) haqqında fikirlər bildirib. Allsport.az xəbər verir ki, Əhmədov bu sözləri səsləndirib:

“Maraqlı oyun oldu. Çoxlu qol epizodları yaratdıq, hücumlar etdik. İkinci hissədə də qol epizodlarımız çox idi. Çalışırdıq ki, rəqibə şans verməyək, topa sahib olaq. Komandamdan razı qaldım. Baxımlı oyun sərgilədik. Amma həyəcan da var idi. Bizə 3 xal lazım idi ki, turnir cədvəlindəki vəziyyətimiz yaxşılaşsın. 2 xal itirdik. Amma bu şəraitdə 21 xal qazanmaq özü də bir igidlikdir.

1:0 qalib gəldiyimiz halda tələsdik, heç-heçə etdik. Buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm. Bizə gələndə, hakimlərin səhvləri çox olur. Mən özüm isə 6 aydır “Kəpəz”dəyəm. Bura gələndə dost-tanış deyirdi ki, “Kəpəz”ə getmə. Bu gün bizim işimiz premyer liqada qalmaqdır deyə, üzərimizdə böyük təzyiq var. Yeni komandanı vurmaq asandır. Azarkeşlərimizə də təşəkkür edirəm”.

Həmin kateqoriyadan